25.02.2022
25 fevral 2022- ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evində Xocalı faciəsinin 30- cu ildönümünə həsr olunmuş "Qan yaddaşımızda yaşayanlar" adlı anım tədbiri keçirilmişdir.Tədbiri giriş sözü ilə Z.İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin direktoru Fikrət Əliyev açmışdır.İlk olaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında məlumat verən Fikrət Əliyev, dinc əhaliyə qarşı törədilən, heç bir insanlığa, ölçüyə sığmayan bu faciənin erməni faşizminin hər zaman bəşəriyyət üçün təhlükə mənbəyi olmasının sübutu olduğunu qeyd etdi.Körpə uşaqları,qocaları, qadınları amansızlıqla qətlə yetirənləri insan adlandırmaq mümkün deyil.Əsir götürülən insanlara ağlasığmayan işgəncələr verən erməni faşistləri insanlıq adına bir ləkədir.Söz Qaradağlı kənd Mədəniyyət evinin direktoru Zənurə Mirzəyevaya verildi.Zənurə xanım Xocalı faciəsində itkilərimizin çoxsaylı olmasından,bir çox ailələrin yer üzündən tamamilə silinməsindən söz açdı.Xocalı faciəsini dünyaya bəyan etməkdən bir an da geri durmamalıyıq.Üçoğlan kənd Mədəniyyət evinin direktoru Sevda xanım Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 uşaqdan danışdı.Valideyn məhəbbətindən, qayğısından məhrum olan,o dəhşətli faciənin acısını yaşayan o uşaqlar , əslində böyüməyən uşaqlar oldu.O faciəni görən uşaqların aldığı psixoloji yaralar heç zaman sağalmayandır.Bu arada Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbin ll sinif şagirdi Zeynəb Məmmədli Xocalı haqqında şeir söylədi.Rahib Məmmədov adına " Döyüş Şöhrəti" muzeyinin direktoru Sahib Məmmədov Xocalını düşmənlə qeyri- bərabər döyüşdə mərdliklə müdafiə edərək, canlarından keçən qəhrəman oğullarımızdan söz açdı.Tədbirdə MKS- nin 6 saylı Səfərli kənd kitabxana müdiri Sayad xanım,Zəngişalı kənd ərazi icra nümayəndəsinin müavini Məhəmmədəli müəllim, Yusifcanlı kənd Mədəniyyət evinin direktoru Alim Cəfərov, təşkilatçısı Rahim müəllim, Papravənd kənd Mədəniyyət evinin direktoru İkrəm Qələndərov,MKS- nin 30 saylı kitabxana işçisi Səidə Varşabova,Əlimədətli kənd klubunun təşkilatcısı Saleh müəllim, Evoğlu kənd klubunun müdiri Amaliya xanım , Rzalar kənd klubunun müdiri Mürad Həsənov çıxış edərək Xocalı faciəsinin tariximizin unudulmaz səhifəsi olduğunu qeyd etdilər.Xocalı faciəsi qurbanlarının qisası qiyamətə qalmadı.Ali baş komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu 44 günün içində mənfur düşmənlərimizi darmadağın etdi, torpaqlarımızı işğaldan azad etdi.Sonda MKS-nin 30 saylı Zəngişalı kitabxanasının müdiri Gülbəniz Bayramova şair Vəliyəddin Adil Ağdamlının "Xocalı" şeirini səsləndirdi.Tədbir Xocalı şəhidlərinin xatirəsinə, ruhlarına ehtiram, soyqırımı törədən erməni faşizminə nifrət nidaları ilə sona çatdı.