Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocavənd kənd kitabxana filialında ”Azərbaycan Xalq Cümhuriyyəti 100” başlığı altında şagirdlər ilə söhbət təşkil edilib

12.05.2018

Ağcabədi rayon MKS-inin Xocavənd kənd kitabxana filialında Azərbaycan Xalq Cümhuriyyətinin 100- illiyi münasibətilə "Azərbaycan Xalq Cümhuriyyəti 100" başlığı altında yuxarı sinif şagirdləri arasında söhbət təşkil edilib. Tədbiri giriş sözü ilə açan kitabxanaçı Mələk Əliyeva vurğuladı ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin  yaranması və fəaliyyəti xalqımızın həmişə qürur və iftixar hissi ilə xatırladığı şərəfli bir tarixdir. Şərqdə ilk demokratik respublika kimi tanınan və dünya tərəfindən qəbul edilən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin ən şanlı səhifələrindəndir.Məktəblilər Cümhuriyyətə həsr edilmiş şerlər səsləndirdilər. Mövzu ətrafında fikir mübadiləsi apardılar