Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aran kənd kitabxanası ərazidə yerləşən ”N” sayli Hərbi hissədə ”Azərbaycan Xalq Cümhuriyyəti 100 ” başlığı altında tədbir təşkil edilib

11.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası  Prezidentinin Sərəncamını icra etmək məqsədilə Ağcabədi rayon MKS-inin Aran kənd kitabxanası ərazidə yerləşən "N" sayli Hərbi hissədə "Azərbaycan Xalq Cümhuriyyəti 100 " başlığı altında tədbir təşkil edib. 
Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri N.Quliyeva bildirmişdir ki, Uğursuzluğuna baxmayaraq cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti tariximizin çox yadda qalan, unudulmaz mərhələsidir. O, istiqlalımızın ən şanlı səhifələrindəndir. Elə səhifələr ki, onlarda Azərbaycan xalqının əzəli arzuları, müstəmləkəçiliyə, əsarətə qarşı, azadlıq, müstəqillik və milli birlik uğrunda şanlı mübarizə uğurları, dönməzliyi əks olunmuşdu.
Azərbaycan tarixində birinci Respublika olan Xalq Cümhuriyyəti Şərqdə, müsəlman və türk dünyasında ilk demokratik siyasi qurum idi. O, Azərbaycan xalqı üçün daim cücərən ənənə bəxş etmişdi. İ.Stalinin «bu bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?» sualına cavabında M.Ə.Rəsulzadə demişdi: «çox şey verə bilmədik… Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da olsa, milli istiqlal dadızdırdıq. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Bir kərə yüksələn bayraq bir daha enməz!».
Tədbirdə Mərkəzi kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri G.Quliyeva iştirak etmişdir.