02.03.2022
2 Mart 2022-ci il tarixdə Ağcabədi regional Mədəniyyət idarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şıxbabalı kənd Klubunun təşkilatçısı Aynurə Əlizadə İşğaldan azad olunmuş Ağdam Şəhərində Şəhid Nəsibov Şiraslan Qaçay oğlunun ailə üzvləri,qohumları və Ağdam TV-nin əməkdaşları ilə birlikdə Şəhidlər Xiyabanında anım tədbirində iştirak etmişdir. Şəhid Nəsibov Şiraslan Qaçay oğlu 1963 cü ildə Ağdam rayonunun Xaçındərbənd kəndində anadan olmuşdur.Nəsibov Şiraslan 1970- ci ildə Xaçındərbənd kənd orta məktəbinin 1-ci sinifinə gedib,orta məktəbi 1980-1981 ci illərdə qurtarmış və 1982-1984 cü illərdə keçmiş sovetlər ordusunda xidmət etmiş və doğma kəndi Xaçındərbənd kəndinə dönmüşdür. Və Ağdam rayonunda olan Mirzə Fətəli Axundov adına üzümçülük sovxozunda çalışmağa başlamışdır. Gəncliyinin şirin çağlarında mənfur qonşularımızın elan olunmamış müharibəsi başlayanda ,vətən oğlu kimi Nəsibov Şiraslan Qaçay oğlu da silaha sarılaraq ana vətənin keşiyində durmağa başlayır,ilk döyüşü Arənzəmin,Pircamal kəndləri uğrunda gedən döyüşlər olub.Daha sonra isə 836 saylı Polkun 1-ci taborunda(Xaçınstroy taboru) BRDM zirehli maşını ilə erməni vandallarına göz verib işıq vermir,Əsgəran rayonunun Fərrux,Xoramurt,Yenicə kəndlərində dəfələrlə BRDM zirehli maşını ilə döyüşlərdə iştirak edərək yuxarı komandanlıq tərəfindən mükafatlandırılıb.Nəsibov Şiraslan Qaçay oğlunun axırıncı döyüşü Ağdərə rayonunun Qazançı kəndi olur .Xain düşmən kəndi tərk edərkən iyrənc xislətindən əl çəkmir,maşınların hərəkət etdiyi yola mina basdırırlar və 4 mart 1992 ci ildə Şiraslanın idarə etdiyi BRDM zirehli maşını minaya düşür və Şiraslan qəhrəmancasına şəhid olur.Şəhid Ağdam rayonunda şəhidlər üçün ayrılmış 1941- 1945 ci ilin abidəsinin həyətində şəhidlərimiz üçün şəhidlər xiyabanı olan xiyabanda dəfn olunur.23 iyul 1993 cü ildə Ağdam işğal olunur .Aradan 29 il vaxt keçməyinə baxmayaraq 16 dekabr 2021 ci ildə şəhidin həyat yoldaşı,şəhidin qardaş ,bacısı,şəhidin bacısı uşaqları və qohumları tərəfindən şəhidin məzarı ziyarət olunur.Qeyd edək ki, Səhidin Komandiri Şirin Mirzəyev olmuşdur və Ağdam rayonunun Xaçındərbənd kənd orta məktəbinə ölümündən sonra Nəsibov Şiraslan Qaçay oğlunun adı verilib .Allah cəmi şəhidlərimizə rəhmət eləsin.