Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Quzanlı qəsəbəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

05.03.2022

05 Mart 2022- ci il tarixdə Ağdam rayon İcra Hakimiyyətinin, Ağcabədi Regional Mədəniyyət İdarəsinin və "Space" televiziyasının birgə təşkilatçılığı ilə  Ağdam rayon Quzanlı qəsəbəsində Muğam Mərkəzinin qarşısında xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı münasibətilə təntənəli bayram tədbiri keçirilib. Bayram şənliyində rayon ərazisində yerləşən İdarə, Müəssisə və təşkilatların, o cümlədən, rayon mədəniyyət müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin Başçısı cənab Vaqif  Həsənov çıxış edib. Onun  təklifi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxışını davam etdirən Vaqif Həsənov ağdamlıları baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb. O bildirib ki, xalqımızın milli bayramı olan Novruz bayramını Ağdam əhalisi 30 ilə yaxın idi ki, nisgilli, kədərli şəkildə qeyd edirdilər. Bu il isə ağdamlılar baharın gəlişini Prezidentimiz, Silahlı Qüvvələrimizin  Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Müzəffər Ordumuzun sayəsində qalib ölkənin vətəndaşları kimi  böyük fərəh və sevinc hissi ilə qarşılayırlar. Sonra  Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov və Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov rayon mədəniyyət müəssisələrinin bayram hazırlıqları ilə tanış olmuş, idmançıların və kəndirbazların müxtəlif nömrələrinə tamaşa etmişlər. Onlar mədəniyyət  işçilərinin əməyini yüksək  qiymətləndirmiş və hər birisini bayram münasibətilə təbrik etmişlər.Tədbirdə Azərbaycan aktyoru və bədii qiraətçi, Azərbaycanın əməkdar artisti Azad Şükürov da iştirak etmişdir. O çıxış edərək, ağdamlıları Novruz  bayramı münasibətilə təbrik etmiş və vətənpərvərlik  mövzusunda şeir söyləmişdir.Tədbir daha sonra Ağdam rayon Mədəniyyət Mərkəzinin tərkibində fəaliyyət göstərən "Turacı" rəqs qrupunun və  Ağdam Musiqi Kollecinin tərkibində fəaliyyət göstərən "Qarabağ" instrumental ansamblının üzvləri tərəfindən hazırlanmış  konsert proqramı ilə davam etmişdir. Tədbirin sonunda  Vətən müharibəsinin qaziləri Ağcabədi Qarabağ atçılıq zavodunda yetişdirilən Qarabağ cins atları ilə Ağdam rayonun işğaldan azad edilən hissəsində yerləşən Şahbulaq qalasına yürüş etdilər.

 

154.1 KB

 

77.6 KB

 

144.3 KB

 

146 KB

 

124.1 KB

 

227.4 KB

 

107.3 KB

 

206 KB

 

230.5 KB

 

187.1 KB

 

156.9 KB

 

155.9 KB

 

220.2 KB

 

206.4 KB

 

219.8 KB

 

199.8 KB

 

223.4 KB

 

199.1 KB

 

176.5 KB

 

184.7 KB

 

197.3 KB

 

180.3 KB

 

112.5 KB

 

197.8 KB

 

236.1 KB

 

141.2 KB

 

143.9 KB

 

96.4 KB