Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Regional Mədəniyyət idarəsi YAP ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib

05.03.2022

03.03.2022 -ci il tarixdə Ağcabədi Regional Mədəniyyət idarəsi YAP ərazi təşkilatında hesabat-seçki yığıncağı keçirilmişdir.İlk öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Azərbaycan övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.Azərbaycanın Dövlət Himni səsləndirilmişdir. Yığıncağı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov giriş nitqi ilə açaraq  yığıncağın işinə uğurlar arzulamışdır.Gündəlikdə  duran I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi,II məsələ ərazi partiya təşkilatının yeni sədr və müavinlərinin seçilməsi olmuşdur. Ərazi partiya təşkilatının sədri Məhəbbət Əliyeva Yeni Azərbyacan Partiyasının VI qurultayından keçən dövr ərzində təşkilatın fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış etmişdir. Yığıncaqda ərazi təşkilatının qeydiyyatında duran YAP üzvləri :  Ağcabədi rayon MKS-nin direktor müavini Təranə Məmmədova, Ağcabədi rayon Hacıbədəlli kənd uşaq musiqi məktəbinin direktoru Məhbubə Əliyeva, Ağcabədi rayon Tarix və Diyarşünaslıq muzeyinin direktoru Sadiq Əliyev, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov çıxış edərək ərazi təşkilatının  hesabat dövründəki fəaliyyətinə öz münasibətlərini bildirmişlər. YAP Ağcabədi rayon təşkilqatının sədri Rövşən Əhmədov yığıncaqda çıxış edərək Ağcabədi Regional Mədəniyyət İdarəsi ərazi təşkilatlarının rayonda ən böyük ərazi təşkilatlarından biri olaraq  öz ətrafında 700 nəfərə yaxın siyasi həmfikri birləşdirdiyini, kollektiv üzvlərinin rayonda təşkil edilən anım mərasimləri, mədəni-kütləvi tədbirlərdə fəal iştirak etdirdiklərini, Yeni Azərbaycan Partiyasının VII qurultayının qərarlarına müvafiq olaraq öz işini günün tələbləri səviyyəsində qurmaq üçün səylə çalışdıqlarını qeyd etmişdir.Hesabat-seçki yığıncağında təşkilati məsələyə də baxılmışdır . Məhəbbət Əliyeva Ağcabədi Regional Mədəniyyət idarəsi YAP ərazi təşkilatının sədri, Məhbubə Əliyeva və Bilqeyis Mahmudova isə təşkilat sədrinin müavinləri seçilmişlər.

 Təşkilatın işinə uğurlar arzulayırıq!

 

95.4 KB

 

101.2 KB

 

85.2 KB

 

82.2 KB

 

110.1 KB

 

103 KB

 

103.2 KB