Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon MKS-inin Kəhrizli kənd kitabxanası tədbir keçirmişdir.

07.05.2018

07 may 2018-ci il tarixdə Ağcabədi rayon MKS-inin Kəhrizli kənd kitabxanası Həmidə xanım Məmmədquluzadənin ev muzeyində ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir keçirmişdir. Tədbir məktəblilərin ifasında Dövlət Himninin səslənməsi ilə başlamışdır. Sonra tədbiri açıq elan edən kitabxananın müdiri Arifə Məhərrəmova  əlamətdar bayram münasibətilə iştirakçıları təbrik etmişdir.Bildirmişdir ki, tədbirin başlıca məqsədi Azərbaycanın  hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyi və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr vermiş ulu öndər Heydər Əliyevin vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunəsinin və zəngin irsinin gənc nəslə aşılanması və öyrədilməsidir. Ağcabədi Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Ədil Həsənov Heydər Əliyevin keçdiyi zəngin həyat və siyasi fəaliyyəti haqqında ətraflı danışmışdır.Ağcabədi rayon MKS-inin direktoru M.Əliyeva, MKS-in direktor müavini T.Məmmədova və digər çıxış edənlər hər biri ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açılıb, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışıblar.Məktəblilərin ifasında şerlər və ulu öndərin ən çox sevdiyi mahnılar səsləndirilmişdir