Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları şəhid ailəsini ziyarət edib

07.03.2022

07 mart 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuruyeva və muzeyin elmi işçisi Günel İsmayılova 8 Mart  "Beynəlxalq Qadınlar Günü" münasibətilə əslən Laçın rayonu Hacılar kənd sakini olan şəhid Fərid İlyasovun anasını ziyarət ediblər. Şəhid anasını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən muzey əməkdaşları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən Bəsirə anaya öz ehtiramlarını bildiriblər. Şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıblar.  Ziyarət zamanı  Bəsirə ana Fəridin  şücaət və vətənpərvərliyindən, Vətən sevgisindən söz açmış, onunla bağlı xatirələrini bölüşmüşdür. Fərid İlyasov 20 iyul 1999-cu ildə doğulub.Əslən Laçın rayonunun Hacılar kəndindəndir. 2006-cı ildə Laçın rayon Sadınlar kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2010-cu ildə təhsilini Binəqədi rayonunun 28 May qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbdə davam etdirib. Orta təhsilini 2016-cı ildə bitirən Fərid 2017-ci ilin iyulunda Laçın Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.Beyləqan ərazisində yerləşən "N"saylı hərbi hissəsində əsgər olub və 2018-ci ilin yanvarında hərbi xidmətini başa vurub. Fərid hərbi xidmətdən döndükdən sonra saç ustası işləyirdi. Naxçıvan Xüsusi Təyinatlı Dəstədə xidmətə başlayan Fərid 2 ildən çox idi ki xidmət edirdi. 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsinin 12-ci günündə Naxçıvandan Qarabağa döyüşə aparırlar. F.İlyasov 2020-ci il oktyabrın 30-da şəhidlik zirvəsinə ucaldı. Bakı şəhərindəki İkinci Fəxri Xiyabanda general Polad Həşimovun yanında dəfn olunub. Fərid xüsusi təyinatlılarda xidmət etdiyi müddətdə fəxri fərmanlar və fərqləndirmələrlə təltif olunmuşdu.Fərid İlyasov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "Hərbi xidmətdə fərqlənməyə görə", "Şuşanın azad edilməsinə görə" və "Qəhrəmanlığa görə" orden və medalları ilə təltif olunub.

 

161.6 KB

 

93.8 KB

 

147.8 KB