Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzin əməkdaşları Ağcabədi rayon Tarix-Diyarşünaslıq muzeyində tədbir keçirdi

15.05.2018

     15.05.2018-ci il tarixində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzin əməkdaşlarının iştirakıyla Ağcabədi rayon Tarix-Diyarşünaslıq muzeyində, Ağcabədi Regional Mədəniyyət İdarəsini əhatə edən (Ağcabədi, Ağdam, Laçın) rayonları üzrə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, Tarix-Diyarşünaslıq muzeyləri və digər muzey tipli müəssisələrin işçilərinin təmsil olunduğu geniş elmi-praktiki seminar müşavirə keçirilmişdir. Müşavirədə Regional İdarənin rəisi Rza Quluyev iştirak etmiş müşavirəni giriş nitqiylə açaraq sözü Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikovaya vermişdir. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzin direktoru Zərifə xanım müşavirədə çıxış edərək bütün muzey işçilərinə öz tövsiyyə və tapşırıqlarını vermişdir. Bundan başqa Elmi Bərpa Mərkəzinin digər əməkdaşları Baş fond mühafizi Niranə İbrahimova və Elmi işlər üzrə direktor müavini Nairə Sadıqova seminar müşavirə iştirakçılarına, elmi-praktiki maarifləndirici tapşırıq və tövsiyyələrini hər bir muzey işçilərinə geniş izahatlarla çatdırmışlar. Elmi-praktik müşavirədə iştirak edən bütün işçilər ayrı-ayrılıqda dinlənilmiş onları maraqlandıran suallara cavablar verilmiş və muzey rəhbərlərinə tapşırıq və tövsiyyələr verilmişdir.