Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon MKS-inin Avşar kənd kitabxana filialında tədbir təşkil edilmişdir.

23.05.2018

21.05.2018-ci il tarixdə Ağcabədi rayon MKS-inin Avşar kənd kitabxana filialında Azərbaycan Xalq Cümhuriyyətinin 100-illiyi münasibətilə "Azərbaycan Xalq Cümhuriyyəti 100 " başlığı altında tədbir təşkil edilmişdir. Giriş sözü ilə tədbiri açan kitabxananın müdiri Nailə Cəfərova bildirmişdir ki, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb bir dövrdə fəaliyyət göstərməsinə baxmayaraq, dövlətçilik baxımından mühüm işlərə imza atdığını söyləyib. Diqqətə çatdırıb ki, parlamentin yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması, dövlət atributlarının təsis edilməsi, Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsi demokratik respublikanın əldə etdiyi nailiyyətlər olub.Çıxış edənlər hər biri Xalq Cümhuriyyəti hökumətinin qısa vaxt ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən, süqutunun səbəblərindən söz açıblar.