Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyində Novruz bayramı münasibətilə tədbir keçirilib

18.03.2022

18 mart 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət Mərkəzi Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi və Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə muzeyin əməkdaşları, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər və kollektivi, tələbə heyəti iştirak etmişdir. Tədbirdə Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fondunda qorunub saxlanılan məişət əşyalarından ibarət sərgi nümayiş olunmuş, təhsil mərkəzinin tələbələri  Novruz bayramının simvolu sayılan kosa, keçəl kimi personajlarını  nümayiş etdirmiş və adət-ənənələrimizi əks etdirən səhnəciklər canlandırmışdırlar.

 

 

 

143.3 KB

 

136.6 KB

 

101.2 KB

 

90 KB

 

68.2 KB