Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon MKS-nin əməkdaşları şəhid ailəsin ziyarət edib

24.03.2022

22  Mart 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin durektoru Məhəbbət Əliyeva və bir qrup kitabxana əməkdaşları şəhid Qəhrəmanov Gülalı Aydın oğlunun evində olublar . Şəhid Qəhrəmanov Gülalı Aydın oğlunun auləsinə- "Novruz bayramı " münasibətilə bayram sovqatları  aparmışlar. Gülalı Qəhrəmanov 1986-cı il fevralın 17-də Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olu.  Hərbi xidməti  Azərbaycan Ordusunun əsgəri olan Gülalı Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gülalı Qəhrəmanov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülalı Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülalı Qəhrəmanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zərbəli Qafarov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Söhbət zamanı  şəhidimizin həyat yoldaşı Qəhrəmanova Ətayə və ailə üzvləri onun igidliyindən ürək dolusu danışmış ,dövlətimizin , xalqımızın onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir.

 

 

 

 

 

 

 

 

105 KB

 

58.8 KB

 

48.7 KB