24.03.2022
22 Mart 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin durektoru Məhəbbət Əliyeva və bir qrup kitabxana əməkdaşları şəhid Atayev Tariyel Fəxrəddin oğlunun evində olublar . Şəhid Atayev Tariyel Fəxrəddin oğlunun auləsinə bayram sovqatı aparmışlar. Tariyel Atayev 1986-cı il sentyabrın 5-də Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub. Hərbi xidməti Azərbaycan Ordusunun əsgəri olan Tariyel Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tariyel Atayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Söhbət zamanı şəhidimizin həyat yoldaşı Atayeva İlhamə və ailə üzvləri onun igidliyindən ürək dolusu danışmış ,dövlətimizin , xalqımızın onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir.