Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon MKS-nin əməkdaşları şəhid ailəsin ziyarət edib

23.03.2022

23 Mart 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin durektoru Məhəbbət Əliyeva və bir qrup kitabxana əməkdaşları şəhid Hacıyev İntiqam Eynulla oğlunun evində olublar . Şəhid Hacıyev İntiqam Eynulla oğlunun auləsinə bayram sovqatı aparmışlar. İntiqam Hacıyev 11 oktyabr 1998-ci ildə Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olmuşdur.Ağcabədi rayon Minəxorlu kənd tam orta məktəbində təhsil almışdır.Azərbaycan Ordusunun əsgəri olan İntiqam Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq vuruşmuşdur. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlərdə yaralanmış və Ağcabədi rayonunun Muğanlı kəndinə gətirilmişdir. İntiqam Hacıyev 13 oktyabr 2020-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində şəhid olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Söhbət zamanı Şəhid Hacıyev İntiqam Eynulla oğlunun atası Hacıyev Eynulla Bəhrəm oğlu ,anası Hacıyeva Zemfira Hümbət qızı onun igidliyindən ürək dolusu danışmış ,dövlətimizin , xalqımızın onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir.

 

67.3 KB

 

64.2 KB

 

30.7 KB