03.04.2022
03 Aprel 2022-ci il tarixdə Ağcabədi regional Mədəniyyət idarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şıxbabalı kənd Klubunun təşkilatçısı Aynurə Əlizadə, Şəhidimiz Məhəmmədəlizadə Məhəmmədəlinin ailəsini Ziyarət etmişdir. Məhəmmədəlizadə Məhəməmdəli Asif oglu.28 /04/ 1992-ci ildə Ağdam rayon Güllücə kəndində anadandan olub. 1998-ci ildə Ərəb 2 çadırında 1-ci sinifə gedib .2009-cu ildə , 11-ci sinifi bitirib. 2009-cu ildə hərbi xidemətə gedib. 2011-ci ildə hərbi xidməti basa vurub. Cox zəhmətkes tərbiyəli valideynlərini hər zaman hörmətli-izzətli tutan ailəsinə çox bağlı olan bir usaq olub. Herbiye marağı Vətənə sevgisi cox olduğundan yeniden herbini secib. 2015-ci il yenidən hərbi xidmətə gedib . Müddətdən artıq həqqi Hərbi Xidmət işin seçib işlədiyi 4 il müddətində heç kimin qelbine dəyməmiş hər kəsin sevgisini qazanmisdi. Komadirinin dediyi məlumata görə cox güclü minamyotçu idi . Sentyabır döyüşünde 2-ci Vətən Müharibəsində atdığı ilk minamyot çoxlu sayda düşməni məhv edib. Həmin döyüşdə qəhrəmancasına səhid olub. ALLAHdan cəmi Şəhidlərimizə rəhmət,ailələrinə səbir diləyirik .