05.04.2022
05 Aprel 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Agdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən şəhid Kərim Rzayev adına Çəmənli kənd Mədəniyyət evinin və Əhmədağalı kənd musiqi məktəbinin filialı Çəmənli kənd musiqi məktəbinin birgə təşkilatçılığı ilə,Aprel döyüşlərindən 6- cı il dönümü münasibət ilə "Zəfərə gedən yol"adlı tədbir keçirdilib.Tədbirdə öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edildi. Tədbirdə Mədəniyyət evinin müdiri Şəfəq Şirinova, metodist Zəhra Quliyeva , təşkilatçı Ülviyyə İbadova , musiqi müəlliməsi Arzu Hüseynova çıxış edərək bildirdilər ki, 2016- ci il Aprel döyüşlərinin davamını Azərbaycan ordusu dörd günlük muharibədə hansı qüvvəyə malik olduğunu erməni ordusuna göstərdi.Bu dörd günlük muharibə Azərbaycan ordusunun Qələbəsi ilə nəticələndi. Tədbirin sonunda Ağdam rayon Çəmənli kənd tam orta məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söylədilər.