08.04.2022
08 Aprel 2022- ci il Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yusifcanlı Mədəniyyət evinin və Əliağalı Mədəniyyət evinin, 43 saylı Baş Qərvənd kitabxanasının birgə təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda" Vətən bizim namusumuz, şərəfimiz, azadlığımız, mənliyimizdir" adlı tədbir keçirmişdir. Tədbirdə Qasımbəyli köçkün tam orta məktəbinin şagirdləri iştirak etmişdir. Tədbirdə məqsəd gənclərin vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. Çünki, hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şirin canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Yusifcanlı Mədəniyyət evinin müdiri Alim Cəfərov, Əliağalı Mədəniyyət evinin mədəni- təşkilatçısı Aynurə Cəfərova, 43 saylı Baş Qərvənd kitabxanasının müdiri Fərrux Rüstəmov, Yusifcanlı Mədəniyyət evinin metodisti Yetər Məmmədova çıxış etdilər. Yaşadığımız torpağı qorumaq üçün vətən uğrunda daim mübarizə aparmağın vacibliyi vurğulanmışdır. Vətənə məhəbbətin sözdə deyil gördüyümüz işlərdə, fəaliyyətimizdə nümayiş etdirməli olduğumuzu bildirilmişdi. Vətəni göz bəbəyi kimi qorumağın vacibliyi ifadə olunmuşdu. Bir ölkənin tərəqqi və inkişafı ölkənin gələcəyi vətənpərvər gənclərin potensialından asılı olduğunu, bir gəncin uğuru müstəqil Azərbaycanın uğuru, bir gəncin güclənməsi müstəqil Azərbaycanın güclənməsidir - deyərək: gənclərin diqqətinə çatdırılmışdı. Ömrünü xalqına həsr etmiş, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev tarixin ən böyük vətənpərvəri idi. Onun vətən sevgisi hər kəsə bir nümunədir vurğulanmışdı."Mən fəxr edirəm ki, Azərbaycanlıyam" - bu sözlər Ulu öndərimizə məxsusdur. Bəli, bizdə fəxr edir ki, Azərbaycanlıyıq. Azərbaycanlı olan hər kəs, bu vətənin hər bir övladı, Azərbaycanımızın gələcəyi üçün əlindən gələni etməli olduğu qeyd olundu. Ulu Öndər siyasətini uğurla davam etdirən Cənab Prezident İlham Əliyev demişdir: " Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, vətən sevgisi ilə böyüsünlər". Bu günkü azərbaycan gəncinin vətənpərvər olduğu, torğına bağlı olduğu 44 günlük haqq savaşımızda Vətən müharibəmizdə öz təsdiqini tapdı. Gənclərə örnək olaraq şəhidlərimizin qəhrəmanlığlndan nümunələr gətirildi. Və şəhidlərimizi unutmamağı, unutdurmamağı tövsiyyə edildi.Tədbirin sonunda qeyd edildi ki, Azərbaycanın işıqlı gələcəyi naminə gənc nəsillərin vətənpərvər ruhda böyümələri üçün əlimizdən gələni etməli olduğumuzun vacibliyini eyni zamanda müqəddəs borcumuz olduğu vurğulanmışdır.
Gənclərə uğurlar , müvəfəqiyyətlər arzuladılar.