Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Güllücə mədəniyyət evinin əməkdaşları şəhid ailəsin ziyarət edib

12.04.2022

12 Aprel 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Sulduz Nəsibov adına Güllücə mədəniyyət evinin və 35 saylı Mərzili kitabxanasının əməkdaşları, II-Qarabağ Müharibəsində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalan Məhəmmədəlizadə Məhəmmədəlinin İkinci Dördyol qəsəbəsində məskunlaşmış ailəsini evində ziyarət etdilər.  Ziyarətçilər Şəhidin evində yaradılmış xatirə guşəsində onun xatirəsini atası Asif kişi və anası Gözəl xanımla birlikdə yad etdilər və döyüş yolunu incələdilər. Bildirildi ki, Ağdam rayonunun Güllücə kəndində anadan olan  Məhəmmədəli II-Qarabağ Müharibəsi başlayanda Ağdam cəbhəsində minaatan komandiri vəzifəsində xidmət edirdi. Cənub cəbhəsində məğlub olan düşmən, Ağdam cəbhəsini yararaq, əlverişli mövqelər tutmağa çalışırdı. Amma Məhəmmədəlinin xidmət etdiyi hərbi-hissə hər dəfəsində düşmənin bu məkrli planlarını pozaraq onlara ağır itgilər verirdi. Məhəmmədəlinin komandiri olduğu minaatanın atəşləri nəticəsində düşmənin 30-dan çox canlı qüvvəsi məhv edilmişdir.   07.10.2020- ci il tarixdə düşmən yenə bütün qüvvəsi ilə Ağdam istiqamətində hücuma keçdi. Məhəmmədəlinin xidmət etdiyi bölmələr canları və qanları bahasına düşmənə bir addım belə irəliləməyə imkan vermədilər. Bu qanlı döyüşdə Məhəmmədəli bir neçə xidmət yoldaşı ilə birlikdə Şəhidlik zirvəsinə uçaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Məhəmmədəli döyüş zamanı göstərdiyi qəhrəmanlıqlara görə medallarla (ölümündən sonra) təltif edilib.                                                                                                    Mədəniyyət evinin müdiri İlham Hüseynov məlumat verdi ki, mədəniyyət evində Məhəmmədəlinin həyatından və döyüş yolundan bəhs edən foto-stend yaradılıb. Mədəniyyət evinin tədbirlərində qəhrəmanlarımızın döyüş yolundan daima məlumatlar verilir. gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların həyat və döyüş yolunun xüsusi əhəmiyyəti var.  Azərbaycan xalqı Məhəmmədəli, və daha onun kimi on minlərlə Şəhidinin xatirəsini daima qəlbində əziz tutur. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun!

 

 

 

 

 

 

 

 

 

94.2 KB

 

91.8 KB

 

104.2 KB

 

93.7 KB