13.04.2022
13 Aprel 2022-ci il tarixdə "15 Aprel - Beynəlxalq Mədəniyyət Günü" münasibətilə Ağdam rayon 148 saylı köçkün tam orta məktəbinin müəllim və şagirdlərinin Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir. Ekskursiya zamanı Mərkəzin bələdçisi Yunis İbrahimov tərəfindən şagirdlərə Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu və Onun bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də göstərdiyi diqqət və qayğı haqqında məlumat verilmiş, Azərbaycan mədəniyyətinin inkişafındakı xüsusi rolundan danışılmışdır.