Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Dövlət Rəsm Qalereyasında“Beynəlxalq Mədəniyyət Günü” münasibətilə tədbir keçirilib

14.04.2022

14 Aprel  2022-ci  il  tarixdə  Ağcabədi  Regional  Mədəniyyət  İdarəsi  Ağdam rayon Dövlət  Rəsm Qalereyasının və  Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin 36  saylı  şəhər  kitabxanasının birgə təşkilatçılığı  ilə  “Beynəlxalq Mədəniyyət Günü”  münasibətilə tədbir  keçirildi. Tədbirdə Qalereyanın  direktoru Təbriz  Baxşalıyev  və MKS-nin 36 saylı  şəhər  kitabxanasının  müdiri Aidə  Kərimova çıxış  edərək bildirdilər ki, hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır. Bu gün beynəlxalq hüquq təcrübəsində Rerix paktı kimi də tanınır. O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel - Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Azərbaycan da çox qədim mədəniyyətə malikdir. Bu irsin yaşadılması və təbliği bizi bir xalq kimi birləşdirən ən böyük amillərdən biridir. Əslində, bir xalqın öz mədəniyyətinə sahib çıxması elə dünya mədəniyyətinə verdiyi ən böyük dəyərdir. Dünya mədəniyyətinə hörmət və ehtiram da hər bir xalqın məhz öz mədəniyyətindən, ona olan münasibətindən başlayır. Biz öz mədəniyyətimizə sahib çıxmaqla, həm də dünya mədəniyyətinin yaranmasında və inkişafında yaxından iştirak edirik”.

 

67.1 KB

 

46 KB

 

52.3 KB

 

56.2 KB

 

88.9 KB

 

72.9 KB

 

56.1 KB

 

50.3 KB