Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Rzalar kənd klubunun əməkdaşları şəhid ailəsin ziyarət edib

19.04.2022

19  Aprel 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Rzalar kənd klubu və Ağdam MKS-nin 8 saylı Rzalar kənd kitabxanasının  birgə təşkilatçılığı ilə 2 ci Qarabağ müharibəsi şəhidi Tacir Elşən oğlu Həsənovun ad günü münsinəti ilə şəhidin ailəsini ziyarət etmişlər.Şəhidin atası əslən Rzalar kəndindəndir.Tacir Elşən oğlu Həsənov 21 aprel 2001-ci il tarixində Bakı şəhəri Sabunçu rayon Pirşağı qəsəbəsində anadan olmuşdur.Ailə məcburi köçkün olaraq Bakının Pirşağı qəsəbəsində məskunlaşmışdır.Rzalar kənd klubunun müdiri Murad Həsənov şəhidin keçdiyi həyat yolundan vətənpərvərliyindən söhbət açmış daha sonra şəhidin atası və qohumları şəhidin haqqında öz xatirələrni bölüşmüşlər. Görüş zamanı klubun təşkilatçısı və Rzalar kənd kitabxanasının müdiri Gülnurə Bayramova və Lətafət Vəliyeva şəhidin keçdiyi döyüş yolundan vətənin azadlıqı uğrunda gösdərdiyi sücaətlərdən danışmışlar. Daha sonra şəhidin ruhuna dualar oxunmuş ailəsinə allahdan səbr diləmişlər. Vətənin ərazi bütovlüyü uğrunda canlarından keçən Bütün Şəhidlərimizə ALLAH  rəhmət eləsin.

 

 

 

 

 

 

 

120.6 KB

 

80.9 KB