Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məktəbli şagirdlər Ağcabədi rayon Mərkəzi Kitabxanasında Uşaq Şöbəsinin qonağı olublar

20.04.2022

20 Aprel 2022-ci il tarixdə Ağcabədi şəhər Şəhid Şirin Hüseynov adına 2 saylı tam orta məktəbin müəlliməsi Məmmədova Fəridə və l "q" sinif  şagirdləri Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzi Kitabxanasında Uşaq Şöbəsinin qonağı olmuş.Uşaq Şöbəsinin əməkdaşları hazırlanmış sərgilərlə , uşaq ədəbiyyatları və Sehrli dünya jurnalları ilə məktəbliləri tanış etmiş.Sonra kicik yaşlı oxucular "Nağıl otağı"nda olmuş.Nağıl otağının nənəsi kiçik yaşlı oxucuları Azərbaycan nağıllarının qəhmanları div, cırtdan , sərçə və başqa nağıl qəhrəmanlarının maketləri ilə tanış etmişdir.Məktəblilər " Nağıl otağında " XlX əsrə aid nənələrimizin geyindiyi kürklə, başlarına örtdüyü kəlağayıla,yun əyirmək ücün darağla,qənd doğramaq ücün canaqla və başqa ekspanatlarla tanış olmuş.  Sonda "Nağıl otağı"nın nənəsi  şirin,şəkər,noğul nəvələrinə nağıllar danışmış. Kiçik yaşlı oxucularımız Səfərzadə Xeyransa,Kamranlı Nəzrin, Rüstəmova Mədinə,Qasımlı Mələk,Bağırov Adəm və başqaları öyrəndikləri şeirləri,nağılları çox həvəslə nənəyə danışmışdır

 

79 KB

 

78.4 KB

 

72.9 KB

 

77.1 KB