20.04.2022
20 Aprel 2022-ci il tarixdə Ağdam rayon 114 saylı köçkün tam orta məktəbin müəllim və şagirdləri Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində olmuşlar. Mərkəzin bələdçisi Yunis İbrahimov tərəfindən qonaqlara Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif illərdə Ağdam rayonuna səfərləri haqqında məlumat verilmişdir. Həmçinin, qonaqlar 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərimizdəki tarixi-mədəni abidələrimiz haqda məlumat yerləşdirilmiş lövhələrlə tanış edilmişdir.