Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzində vətənpərvərlik mövzusunda ” VƏTƏN NƏDİR?” adlı tədbir keçirilib

21.04.2022

21 Aprel 2022-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon üzrə Nümayəndəliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda " VƏTƏN NƏDİR?" adlı tədbir keçirildi.Tədbir Heydər Əliyev Mərkəzində baş tutdu.Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin  Ağdam rayonu üzrə Nümayəndə Səyyarə Məmmədova iştirak edirdi.Tədbirə Zaur İmanov adına Zəngişalı, Qaradağlı, Papravənd,Əlağalı kənd Mədəniyyət evlərinin,Şıxbabalı kənd klubunun, Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin, Ağdam Tarix Diyarşünaslıq Muzeyinin rəhbərləri və əməkdaşları,Zəngişalı kənd kitabxanasının, Heydər Əliyev Mərkəzinin işçiləri  qatılmışdılar.Vətənpərvərlik mövzusuna həsr olunmuş bu tədbir Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.Tədbiri giriş sözü ilə açan şəhid Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin direktoru Fikrət Əliyev mövzu haqqında məlumat verərək bildirdi ki,sözlərlə ifadə etməkdə aciz qaldığımız Vətən məfhumu könlümüzdən gələn bir məhəbbətlə yoğrulmuş anlamdır.Bu gün vətən sözü bizim üçün daha əzizdir.Çünki, onun uğrunda minlərlə qəhrəman övladlarımız şəhid oldu.Vətəni anadan da, ailədən də,şirin canlarından da üstün bilərək, onun uğrunda qurban gedən Vətən övladlarına dünya durduqca borcumuz ödənməyəcək. Saçları vaxtsız ağarmış cavan şəhid analarının,atasız şəhid balalarının,sağlamlıqlarını itirmiş qazilərimizin qarşısında baş əyirik. Sonra Fikrət Əliyev çıxış üçün sözü Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayonu üzrə Nümayəndə Səyyarə xanım Məmmədovaya verdi.Səyyarə xanım ilk olaraq tədbir iştirakçılarını salamlayaraq,hamımıza əziz olan Vətən haqqında gözəl  fikirlər ifadə etdi.Vaxtilə Ulu Öndərimiz Heydər Əliyevin Səməd Vurğunun "Azərbaycan" poemasından kövrələ-kövrələ söylədiyi  bir bənd şeiri səsləndirən Nümayəndə Ulu Öndərdən sonra ölkəyə rəhbərlik kimi böyük, məsuliyyətli  bir işi öhdəsinə götürən Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının  torpaqlarımızı işğaldan azad etmək üçün uzun illər ölkə iqtisadiyyatını və ordumuzu möhkəmləndirdiyini vurğuladı.Qarabağda 44 gün ərzində Zəfər çalmağımızın səbəbkarı  Ali Baş Komandanımız ,onun əmrlərini yüksək səviyyədə yerinə yetirən Vətənin mərd oğulları, müzəffər Azərbaycan Ordusu və arxa cəbhədə əzmkarlıq nümayiş etdirən Azərbaycan xalqı  oldu.Bəli,Şuşamız  azaddır, Ağdam azaddır, Qarabağ azaddır, Qarabağ Azərbaycandır! MKS- nin 30 saylı kitabxananın müdiri Gülbəniz Bayramova söz alaraq, şair Vəliyəddin Adil Ağdamlının "Əzizsən,Şuşa! " şeirini söylədi.Tədbirdə iştirak edən mədəniyyət işçilərindən Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov,Əlağalı kənd mədəniyyət evinin təşkilatçısı Aynurə Cəfərova, Qaradağlı kənd mədəniyyət evinin direktoru Zənurə Mirzəyeva,  Şıxbabalı kənd klubunun təşkilatçısı Aynurə  Əlizadə öz çıxışlarında vətənpərvərlik ruhunun gənclərimizdə yüksək səviyyədə olmasından ,məktəblərimizin, mədəniyyət İdarələrimizin bu istiqamətdə apardığı məqsədyönlü fəaliyyətdən söz açdılar.Sonda Heydər Əliyev Mərkəzinin fond mühafizi Elçin Cəfərov tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirdi.

 

73.2 KB

 

70.8 KB

 

60.5 KB

 

58.1 KB

 

59.4 KB

 

64.6 KB

 

47.1 KB

 

59.7 KB

 

65.3 KB

 

70.5 KB

 

68.1 KB