22.04.2022
22 Aprel 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayonu üzrə Nümayəndəliyin tabeliyində fəaliyyət göstərən Tarix-Diyarşünaslıq muzeyini Ağdam rayonunda hərbi səfərdə olan Türkiyə dövlətindən gəlmiş mina axtaran hərbi qulluqçular ziyarət etdilər.Muzeyin direktoru Ülvi Qədirov muzeyin yaranma tarixindən, 1993- cü ildə Ağdam rayonu ermənilər tərəfindən işğal olunan zaman muzeyin məhv edilməsindən və 2001 - ci ildə yenidən bərpası haqqında, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş igid oğullarımızın qəhrəmanlığından , qəhrəmanlarımıza aid olan eksponatlardan həmçinin rayonumuzun qədim tarixini zəngin mədəniyyətini özündə əks etdirən eksponatlar haqqında geniş məlumat verdi.