Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon MKS-nin Mərkəzi kitabxanası ”Açıq kitabxana” xidməti təşkil edib

23.04.2022

23 Aprel 2022-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayonu üzrə Nümayəndəliyin MKS-nin Mərkəzi kitabxanası 23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü münasibətilə "Açıq kitabxana" təşkil etdi.“Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mədəni-ictimai həyatında çox görkəmli yer tutur. Ona görə də hər birimiz kitablara borcluyuq”, deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli sərvətimiz olan mədəniyyətimizi, ədəbiyyatımızı, kitab nəşrini, bir sözlə, xalqımızın mədəni səviyyəsini yüksək qiymətləndirmişdir. İştirakçılara  23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar məlumat verildi. Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi kitablardan və mütaliədən zövq almağı təşviq edir. Keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü olan kitabın sehirli gücünü tanımaq üçün hər il 23 Aprel tarixində bütün dünyada tədbirlər keçirilir. Bu münasibətlə UNESCO və kitab sənayesinin üç əsas sektorunu naşirləri, kitab ticarətçilərini və kitabxanaları təmsil edən beynəlxalq təşkilatlar növbəti ilin 23 Aprel tarixinədək Günün qeyd edilməsini öz təşəbbüsləri vasitəsilə təmin etmək üçün şəhərlərdən birini Ümumdünya Kitab Paytaxtı kimi seçirlər.23 Aprel dünya ədəbiyyatında simvolik tarixdir. Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso Dela Veqa kimi bir sıra görkəmli müəlliflərin vəfat etdiyi gündür. Bu tarix kitablara və müəlliflərə dünya miqyasında ehtiram göstərmək, hər kəsi bəşəriyyətin məkan və zaman sərhədlərini aşaraq ideyaları paylaşmaq üçün ən gözəl ixtira, həmçinin yoxsulluğun aradan qaldırılması və sülhün bərqərar edilməsinin başlıca qüvvəsi olan  kitabları əldə etməyə təşviq etmək məqsədi ilə 1995-ci ildə Parisdə keçirilmiş UNESCO-nun Baş Konfransının təbii seçimi idi.UNESKO öz fəaliyyəti dairəsində kitablarıvə müəlliflik hüququnu təşviq edərək “Ədəbiyyatın Kreativ Şəhərləri” şəbəkəsindən tutmuş savadlılığın təşviqinə, mobil tədrisə, elmi biliklərə və təhsil resurslarına açıq girişin təkmilləşdirilməsinədək  yaradıcılığı, müxtəlifliliyi və biliklərə bərabər səviyyədə əlçatımlığı dəstəkləyir.Müəlliflər, naşirlər, müəllimlər, kitabxanaçılar, ictimai və özəl müəssisələr, humanitar QHT-lər və KİV-lərin, həmçinin birlikdə işləmək həvəsi olan bütün maraqlı tərəflərin də aktiv şəkildə cəlb olunması ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü dünyanın hər yerində milyonlarla insanı bir araya gətirən platformaya çevrilib.Kitab bütün zamanlarda bəşəriyyətə gərək olub, insanlığın yoluna işıq salıb, gələcəkdə də xalqların tərəqqi və intibahına xidmət edəcəkdir.

 

190.3 KB

 

211 KB

 

226.2 KB

 

178 KB