27.04.2022
27 Aprel 2022-ci il tarixdə M.Aranlı adına 11 saylı tam orta məktəbin 9,10-cu sinif şagirdləri Mərkəzi ziyarət etdilər.Ekskursiya zamanı Səbinə Mamedova tərəfindən ekspozisiya zalında yerləşən Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən 8 lövhə və 6 vitrində olan eksponatlar haqqında dolğun məlumat verilmiş, foyedə nümayiş etdirilən sərgi ilə yaxından tanış etdirilmişdir.