Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub

29.04.2022

29 Aprel 2022-ci il tarixdə Ağdam rayon 18 saylı köçkün tam orta məktəbin müəllim və şagirdləri Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayonu üzrə Nümayəndəliyin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində ekskursiyada olmuşlar. Ekskursiya zamanı Mərkəzin bələdçisi Yunis İbrahimov tərəfindən qonaqlara Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif illərdə Ağdam rayonuna səfərləri haqqında geniş  məlumat verilmişdir. Həmçinin, qonaqlar 44 günlük Vətən müharibəsində işğaldan azad  edilən ərazilərimizdəki tarixi-mədəni abidələrimiz haqda məlumat yerləşdirilmiş lövhələrlə tanış edilmişlər.

 

73.5 KB

 

74.5 KB

 

74 KB

 

71.7 KB

 

75.5 KB

 

73.4 KB

 

75.6 KB