28.04.2022
28 Aprel 2022-ci il tarixdə Ağcabədi rayon 4 saylı tam orta məktəbin ibtidai sinif şagirdləri Mərkəzi ekskursiya etdilər. Ekskursiya zamanı Mərkəzin Bələdçisi Səbinə Mamedova tərəfindən Heydər Əliyevin uşaqlıq və gənclik illərindən məlumat verilərək bildirmişdir ki, Heydər Əliyev 1923-cü ildə may ayının 10- da Azərbaycanın dilbər guşələrindən biri olan Naxçıvan MR-da çoxuşaqlı ailədə dünyaya göz açmışdır. Daha sonra Dahi Liderin Ağcabədiyə səfərlərindən, l və ll prezidentlik dövrlərindən əhatəli məlumat verilmiş həmçinin Mərkəzin foyesində “Bir oğul göstərin Heydərə bənzər” adlı sərgi ilə tanış olmuşlar. Sonda xatirə şəkil çəkdirilmişdir.