Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi şəhid bulağın açılışında iştirak ediblər

06.05.2022

06 May 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi Laçın rayonu Şeylanlı kənd sakini şəhid Nəcəfov Etibar Mehman oğlunun adına inşa edilən ehsan  bulağın açılış mərasimində iştirak etmişdir. Açılış mərasimində  rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.Əvvəlcə bulağa gül dəstələri düzülüb və şəhidin əziz xatirəsi ehtiramla yad edilib.Sonda xatirə şəkilləri çəkilib.          Etibar Nəcəfov 14 noyabr 1998-ci ildə Ağcabədi rayonunun Aran kəndində anadan olub.Əslən Laçın rayonunun Şeylanlı kəndindəndir.Aran kəndində Laçın rayon Aran kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 9 illik məktəbi bitirdikdən sonra Ağcabədi rayon Aran kənd 1 saylı tam orta məktəbinə daxil olub və oradan 2016-cı ildə 11-ci sinifi bitirərək məzun olmuşdur.2017-2018-ci illərdə hərbi xidmət zamanı Xüsusi Təyinatlı Kəşfiyyat Bölmələrində təlimlər keçib. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq orduya yazılıb. Oktyabrın 1-dən Cəbrayıl, Füzuli, Zəngilan, və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlıda gedən döyüşlərdə şəhid olub.Etibar Nəcəfov Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı, həmçinin “Füzulinin azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,  “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

 

 

 

 

229.2 KB

 

71.8 KB

 

221.1 KB

 

117.7 KB