Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib

06.05.2022

06 May 2022-ci il tarixdə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və şagirdləri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etmişlər. Ekskursiya zamanı Mərkəzin Fond mühafizi Elçin Cəfərov tərəfindən tələbələrə Ulu Öndərin keçdiyi şərəfli ömür yolu və həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkillər haqqında ətraflı məlumat verildi. Bildirildi ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunub-saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.

 

109.7 KB

 

100.9 KB

 

104.6 KB