Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib

06.05.2022

06 May 2022-ci il tarixdə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və şagirdləri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etmişlər. Ekskursiya zamanı Mərkəzin Fond mühafizi Elçin Cəfərov tərəfindən tələbələrə Ulu Öndərin keçdiyi şərəfli ömür yolu və həyatının müxtəlif dövrlərində çəkilmiş fotoşəkillər haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün Ümummilli Lider obrazını yaratmış, tarix isə Böyük Öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur.

 

113.2 KB

 

104.8 KB

 

111.5 KB