09.05.2022
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə 09 May 2022-ci il tarixdə Ağdam rayon 1 saylı köçkün tam orta məktəbin müəllim və şagirdlərinin Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir. Ekskursiya zamanı qonaqlar Mərkəzin bələdçisi Yunis İbrahimov tərəfindən Ulu Öndərin həyatının müxtəlif dövrlərində çəkilmiş fotolarla tanış edilmiş, onlara Ümummilli Liderin həm Sovet, həm də müstəqillik dövrlərində bölgələrimizə səfərləri və zəhmətkeşlərlə görüşləri haqqında məlumat verilmişdir.