10.05.2022
06 May 2022-ci il tarixində Ağcabədi Regional Mədənniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Papravənd kənd Mədəniyyət evi və 38 saylı Kürtlər kənd kitabxanasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-illiyinə həsr olunmuş "ÖLMƏZ DAHİ"adlı tədbir keçirildi.Tədbirdə Mədəniyyət işçiləri ilə yanaşı 4 yol 1 qəsəbəsində fəailiyyət göstərən Xaçın kənd xəstəxanasının işçiləri,Həmin qəsəbədə fəaliyyət göstərən Ağdam su kanal idarəsinin işçiləri və Azərbaycan Respublikası Ailə,qadın və uşaq problemləri üzrə dövlət komitəsi,Ağdam uşaq və ailələrə dəstək mərkəzinin işçiləri iştirak etdilər.Tədbiri Papravənd kənd Mədəniyyət evinin direktoru İkrəm Qələndərov açaraq,Azərbaycan xalqının xilaskarı,böyük dahi lider Heydər Əliyev haqqında geniş məlumat verərək,Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtdığını,Azərbaycanı dünya ölkələri arasında söz sahibi etməsindən bəhs etdi.Sonra söz,Ağdam rayon Xaçın kənd xəstəxanasının baş həkimi Nəsibova Natiqə xanıma verildi.Natiqə xanım öz növbəsində Heydər Əliyevin Səhiyyəyə necə böyük önəm verdiyindən danışdı.Sonra söz,Azərbaycan Respublikası Ailə,qadın və uşaq problemləri üzrə dövlət komitəsi,Ağdam uşaq və ailələrə dəstək mərkəzinin direktoru Yaqut xanım Qəhrəmanovaya verildi.Yaqut xanım isə Ulu Öndərin uşaqların və Azərbaycan gənçliyinin həyatında necə böyük rolu olduğundan söhbət açdı.Tədbir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndərin xatirəsinə hörmət və ehtiramın ifadəsi olaraq ruhuna dualar oxundu.Bununlada tədbir sona çatdı.