Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub

10.05.2022

10 May 2022-ci il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Ağdam rayon Bənövşələr qəsəbə 2 saylı köçkün tam orta məktəbinin müəllim və şagirdləri Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olmuşlar.  Ekskursiya zamanı şagirdlər Mərkəzin bələdçisi Yunis İbrahimov tərəfindən  Ulu Öndərin həyatının müxtəlif dövrlərində çəkilmiş fotolarla tanış edilmiş, onlara Ümummilli Liderin həm Sovet, həm də müstəqillik dövrlərində bölgələrimizə səfərləri və zəhmətkeşlərlə görüşləri haqqında məlumat verilmişdir.

 

83.6 KB

 

79.9 KB

 

71.4 KB