13.05.2022
13 May 2022-ci il tarixdə Ağcabədia Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Kərim Rzayev adına Çəmənli kənd Mədəniyyət evinin əməkdaşları Ziyəddin İsgəndərov adına Çəmənli kənd tam orta məktəbin şagirdləri ilə birlikdə Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar "Azadlıq carçısı"başladı altında tədbir keçirdilər.Tədbirdə öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi . Sonra sözləri Əhməd Cavadın musiqi Üzeyir Hacıbəylinin Azerbaycan Respublikasının Dövlət himni səsləndi.Mədəniyyət evinin müdiri Şəfəq Şirinova ,metodis Səhra Quliyeva , məktəbin muəllimləri Əhməd Cavadın həyat və yaradıcılığı haqqında geniş məlumat verdilər.Əhməd Cavab 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə və 1991-ci ildən sonra işlədilən Azərbaycan Dövlət Himninin sözlərini və "Çırpınırdı qara dəniz"adlı başqa bir şerini yazması ilə tanınan azərbaycanlı şairdir . Əhməd Cavad azadlıq carçısıdır.Yəni ,Vətnimizin, azadlığı və müstəqilliyini hər şeydən uca tutub bu barədə çoxlu əsərlər yazıb .1918-ci ildə ölkəmizdə milli dövlətin yaranmasını şair böyük sevinclə qarşıladı . Üç rəngli bayrağımız,azad vətənimiz və xalqımız haqqında bir birindən gözəl şerlər yazdı .Azərbaycanı müstəqil doğma xalqını xoşbəxt görmə istəyən Əhməd Cavad 1937- ci ildə oktyabrın 13 də gullələnir.Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan ,bu yolda "xalq düşməni" damğası ilə gullələnən Əhməd Cavad, zaman gəldiki xalqının qəhramanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu.Azərbaycan var olduqca bu yer onun olacaq.Sonra şagirdlər şairin serlərini söylədilər.