Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Qaradağlı kənd Mədəniyyət evində,,Qəhrəmanını tanı”adlı tədbir keçirilib

14.05.2022

14 May 2022- ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evində,,Qəhrəmanını tanı"başlığı altında ikinci vətən müharibəsində qəhrəmanlıq göstərmiş qazilərlə görüş keçrildi.Öncə torpaqlarımızın bütövlüyü  uğrunda şəhid olmuş  vətəndaşlarımızın əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın dövlət himni səsləndirildi.Tədbirdə Qaradağlı kənd Mədəniyyət evinin müdiri  Zənurə Mirzəyeva ,şəhid Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin müdiri Fikrət Əliyev,  şəhid Rahip Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov,Tarix Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov,MKS-nin 30 saylı Zəngişalı kənd kitabxanasının müdiri Gülbəniz Bayramova,MKS-nin 5 saylı Qaradağlı kənd kitabxanasının müdiri İradə Qasımova və Vətən müharibəsinin qazisi İlham Məmmədov çıxış edərək bildirdilər ki,Bu tarixi Zəfər Azərbaycan Xalqının  hərb tarixinə qızıl həriflərlə yazılan bir Qələbədir. Bu Qələbə hec də asan əldə edilməmişdir.Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi,Xalqın Orduya arxa durması,müzəffər ordumuzun qəhrəmanlığı bizə möhtəşəm sevinc  yaşatdı. Bu müharibədə xeyli şəhid verdik igid oğullar qazi adını qazandı ancaq həsrətin çəkdiyimiz  torpaqlarımızı düşməndən azad elədik.

 

140.9 KB

 

142.5 KB

 

150.6 KB

 

128.7 KB

 

132.3 KB

 

151.8 KB

 

122 KB