Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın Rayon Pircahan kənd Mədəniyyət evində”Şuşa Sən Azadsan!”adlı tədbir keçirilib

15.05.2022

15 May 2022- ci il tarixində Ağcabədi Regional Mədəniyytət İdarəsi Laçın Rayon Pircahan kənd Mədəniyyət evində, "Şuşa İli " Çərcivəsində ,"Şuşa Sən Azadsan!"  adlı və   Xurşudbanu Natavanın 190 illiyi ilə əlaqədar tədbir  keçirildi.Tədbirdə Laçın rayon Malıbəy,Aşağı Fərəcan ,Alıqulu,Zabux,Mığıdərə,Kamallı, Ağoğlan ,Yuxarı Fərəcan kənd Mədəniyyət evlərinin rəhbərləri , Laçın məktəbinin müəllimi Tahirə Qarayeva, Xurşudbanu Natavan ədəbi məcilisinin üzvü Şairə Lətifə Rəşid və Pircahan kənd Mədəniyyət evinin fəalları iştirak etmişlər.Tədbirdə ilk öncə Bu azadlığı bizlərə yaşadan,Vətən üçün canından qanından keçmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Sonra Azərbaycanın dövlət himni səsləndirldi.Tədbir boyunca X.Natavanın qəzlləri iştirakçılar tərəfindən söylənildi.Fəalların ifasında Qarabağ mahnısı, Şuşaya aid şeirlər, Rəqslər və Vətənpərvərlik ruhunda çıxışlar nümayiş olundu.Eyni zamanda müəsisənin həyətində ,Əl işlərindən ibarət sərgi təşkil olunmuş və Şuşa qalasının maketi hazırlanmışdır.

 

274.7 KB

 

147.3 KB

 

136.6 KB

 

111.3 KB