Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları şəhidlər xiyabanını ziyarət ediblər

16.05.2022

16 May 2022-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Laçın rayon Dəyhan kənd sakini Abbaslı Elgin Ağayar oğlunun doğum günü münasibətilə Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuruyeva,Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatının Sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyəti Başçısının müavini Aynurə Həsənova, Laçın Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev,​ Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət etdilər.Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi ehtiramla anıldı.Çıxışçılar, Şəhid Abbaslı Elgin Ağayar oğlunun keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından söhbət açdılar.Sonra şəhidin məzunu olduğu Laçın rayon 21 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirdi.Şəhidin ailə üzvləri, Şəhid ailələrinə, Qarabağ qazilərinə və döyüşçülərinə göstərilən dövlət qayğısına görə cənab Prezident İlham Əliyevə və ölkənin 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını bildirdilər.

 

383.6 KB

 

213.7 KB

 

52.9 KB