Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib

25.05.2022

25 May 2022-ci il tarixdə Ağdam rayon Dördyol 2 qəsəbə tam orta məktəbinin müəllim və şagirdləri Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etmişlər. Ekskursiya zamanı Mərkəzin bələdçisi Yunis İbrahimov tərəfindən şagirdlərə Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif illərdə Ağdam rayonuna səfərləri və 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunmuş torpaqlarımızdakı tarixi-mədəni abidələrimiz haqqında ətraflı məlumat verilmişdir.