01.06.2022
01 İyun 2022-ci il tarixdə Ağcabədi rayon Ağabəyli kənd Uşaq bağçasının körpə fidanları Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin Ağabəyli kənd kitabxana filialının qonağı olmuşdur. Kitabxana əməkdaşları körpə balaları kitabxana ilə tanış etmiş və uşaqlara xeyli sayda nağıllar oxumuş, Həmçinin onları 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edərək əyləncəli tədbir təşkil etmişdir.