Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib

01.06.2022

31 May 2022-ci il tarixdə “1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü” münasibətilə Ağdam rayon Quzanlı qəsəbə tam orta məktəbinin müəllim və şagirdlərinin Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir. Ekskursiya zamanı Mərkəzin Fond mühafizi Elçin Cəfərov tərəfindən şagirdlərə Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif illərdə Ağdam rayonuna səfərləri və 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunmuş torpaqlarımızdakı tarixi-mədəni abidələrimiz haqqında ətraflı məlumat verilmişdir.

 

104.5 KB

 

82.7 KB

 

96.3 KB