07.06.2022
07 İyun 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzi Kitabxanasında oxuculara yazıçı- publisist Afaq Məsudun anadan olmasının 65 illiyi münasibəti ilə "Afaq Məsud-65" başlığı altında tədbir keçirilib.Xidmət şöbəsinin müdürü İlhamə Musayeva Afaq Məsud yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verib. Afaq Məsud qızı Vəliyeva 1957-ci il iyun ayının 3-də Bakı şəhərində görkəmli yazıçı Məsud Vəliyevin ailəsində anadan olmuşdur. O, əsasən romanlar və hekayələr müəllifi kimi tanınmışdır. Afaq Məsud 2003-cü ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda tərcümə işinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Mədəniyyətinin inkişafında xidmətlərinə görə "Xalq yazıçısı" fəxri adına layiq görülüb. Tədbirin sonunda Afaq Məsudun əsərlərindən ibarət sərgiyə baxış keçirilib.