13.06.2022
13 İyun 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Seyidli Uşaq Musiqi məktəbində hesabat konserti keçirilib. Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam rayonu üzrə nümayəndəsi Səyyarə Məmmədova da iştirak etmişdir. Konsert proqramında müxtəlif ixtisaslar üzrə şagirdlər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etmişlər. Sonda, Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam rayonu üzrə nümayəndəsi Səyyarə xanım şagirdləri təbrik edərək, onlara müvəffəqiyyətlər arzu etmişdir.