Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Güllücə kənd Mədəniyyət evində 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib

14.06.2022

  14 İyun 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Sulduz Nəsibov adına Güllücə mədəniyyət evində, MKS-nin 35 saylı Mərzili kitabxanası ilə birlikdə, 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar " Dahi xilaskar " adlı  tədbir keçirildi. Tədbirdə qəsəbə tibb məntəqəsinin, Güllücə inzibati ərazi vahidliyinin əməkdaşları, məktəblilər və mədəniyyət işçiləri iştirak etdilər. Tədbir iştirakçıları öncə Azərbaycanın müstəqilliyi və torpaq bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini yad etdilər. Sonra mədəniyyət evinin təşkilatçı- metodisti Arifə Abbasova 1993-cü il 15 iyun öncəsi Azərbaycanda mövcud siyasi durumun təhlükəli olduğu və hər an vətəndaş müharibəsinin başlaması ehtimalı haqqında məlumat verdi. Kitabxana müdiri Raisə Məmmədova o zaman Azərbaycan xalqının yekdilliklə millətin nicat yolunu Heydər Əliyevdə görməsindən və onun xalq tərəfindən ölkəyə rəhbərlik etməsi üçün Bakıya dəvət olunmasından danışdı. Kitabxanaçı Məlahət Əzizova bildirdi ki, Heydər Əliyev xalqının bu çağrışına laqeyid qalmadı və ən çətin günlərdə bu ağır siyasi yükün altına girərək Azərbaycanı real vətəndaş müharibəsindən xilas etdi. mədəniyyət evinin müdiri  İlham Hüseynov bildirdi ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə Azərbaycanda vəziyyət çox gərgin idi. Hər gün cəbhədə uğursuzluqlar, iqtisadi və siyasi böhran, tam bir xaos şəkli yaratmışdı. Ulu Öndər tezliklə ordunu toparlayaraq cəbhədə əhəmiyyətli irəliləmələr yaradaraq, zaman qazanmaq üşün atəşkəs müqaviləsinə razılıq verdi. Və bundan sonra tez bir zamanda iqtisadi və hərbi baxımdan qüdtətli Azərbaycan yaratmaq yoluna qədəm qoyuldu. Məhz Heydər Əliyevin əsasını qoyduğu güclü Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, 2020-ci ildə vətən övlatlarının canı və qanı bahasına işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi. İndi Azərbaycan xalqı Milli Qurtuluş Gününü müzəffər xalq kimi qeyd edir. Bu Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunu hər sahədə uğurla davam etdirən Prezidentimiz Cənab İlham Əliyevin xalqa olan sevgisinin təntənəsidir. Xalqımızın Milli Qurtuluş Günü mübarək olsun !

 

186.1 KB

 

271.6 KB

 

171.6 KB

 

152.2 KB

 

159.9 KB