16.06.2022
16 İyun 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyətinin təşəbbüsü və Ağcabədi rayon MKS-nin təşkilatçılığı ilə Ağcabədi rayonunun mətbuat orqanı olan “Aran” qazetinin 90 illik yubiley mərasimi keçirilib. Mərasimdə Ağcabədi rayon İcra Hakimiyətinin nümayəndələri, “Aran” qəzetinin əməkdaşları, İcra Hakimiyəti yanında İctimai şuranın üzvləri, YAP Ağcabədi rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, Təhsil Şöbəsin əməkdaşları, Ağcabədi rayon mədəniyyət idarələrinin nümayəndələri, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak ediblər. İlk öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Ağcabədi rayon MKS-nin direktoru Məhəbbət Əliyeva, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Rahilə Şükürova, İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Vaqif Qarayev, şəhid valideynləri adından Rəşad Rəhimov, qazilər adından Suliddin Mirzəyev, YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Nazim Bünyadov, Ağcabədi yazarları adından AYB-nin üzvü Gündüz Sevindik, Ağcabədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Eldəniz Qənbərov, “Aran” qazetinin əməkdaşı Adil Əhmədov, “Ələk” ədəbi məclisin üzvü Emin Tofiqoğlu, Ağcabədi rayon MKS-nin direktor müavini Təranə Məmmədova çıxış edərək “Aran” qəzetinin rayon üçün nə qədər əhəmiyyətli olmasından danışıblar. Tədbirin sonunda “Aran” qəzetinin redaktoru Məhsəti Musa hər bir çıxışçının fikrinə münasibətini bildirərək, onların xoş arzularına görə təşəkkürünü bildirmişdir. Sonda “Aran” qəzetinin çoxillik nümunələrindən hazırlanmış sərgiyə baxış keçirilmişdir.