Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Tarix-Diyarşünaslıq muzeyinə ekskursiya təşkil edilmişdir

14.06.2022

14 İyun Ağcabədi Regional Mədəniyyət İdarəsi  Ağdam rayon Tarix-Diyarşünaslıq muzeyinə ekskursiya təşkil edilmişdir. Gənclərin və uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə   Qaradağlı kənd sakini olan uşaqların muzeyə ekskursiyası təşkil edilmişdir. Muzey əməkdaşları tərəfindən uşaqlara muzey və rayonumuz  haqqında həmçinin 44 günlük Vətən müharibəsində ərazilərimizə düşmən tərəfindən atılmış qadağan olunmuş silahlar və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş igidlərimiz haqqında geniş məlumat verilmişdir.