Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzində ”Ordumuz qüdrətimizdir” mövzusunda tədbir keçirilib

23.06.2022

23 iyun 2022- ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinin, Əliağalı kənd Mədəniyyət evinin və Yusifcanlı kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə 26 iyun Azərbaycan Respubilkasının Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq  "Ordumuz qüdrətimizdir" mövzusunda tədbir keçirildi. Tədbir Heydər Əliyev Mərkəzində baş tutmuşdur. Tədbirdə Ağdam rayon Musiqi kollecinin tələbələri, Heydər Əliyev Mərkəzinin əməkdaşları, Əliağalı kənd Mədəniyyət evinin əməkdaşları,Yusifcanlı kənd Mədəniyyət evinin əməkdaşları, Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin əməkdaşları və 30 saylı Zəngişalı kənd kitabxanasının müdiri iştirak etmişdir. Tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Əliağalı Mədəniyyət evinin mədəni- təşkilatçısı Aynurə Cəfərova və metodist Reyhan Əliyeva, Yusifcanlı Mədəniyyət evinin müdiri Alim Cəfərov, Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin müdiri Fikret Əliyev və 30 saylı Zəngişalı kitabxanasının müdiri Gülbəniz Bayramova, Heydər Əliyev Mərkəzinin Fond müdiri Elçin Cəfərov çıxış etdilər.

 1918- ci il 28 may şərqdə müsəlman aləmində yaradılmış ilk demokratik hökumətin həyata keçirdiyi tədbirlərin xalqın tarixində dərin iz qoyduğu vurğulanmışdır.  Qeyd edilmişdir ki, həyata keçirlən tədbirlərdən biridə məhz ordu quruculuğu sahəsində görülən tədbirlər idi. 1918- ci il iyun ayının 26- da ilk hərbi hissə - Əlahiddə korpusu yaradılmış və ordu quruculuğunda əsaslı nəticələr əldə olunmuşdur. Və Heydər Əliyevin hakimyyətə gəlişi  əsası qoyduğu ordu quruculuğunun diqqət çəkən əsas tərəfinin isə yüksək peşəkarlıqla həyata keçirilən tədbirlər olduğu  vurğulanmışdır. Qeyd olunmuşdur ki, bu gün isə Ulu Öndərin siyasətini Cənab Prezident İlham Əliyev layiqincə yerinə yetirərək  orduya göstərdiyi diqqət və qayğı, həyata keçirdiyi tədbirlər nəticəsində ordumuz Qafaqazın ən güclü ordusuna çevrilmiş, müasir silahlarla, texnikalarla silahlandırılmış və hansı gücə qadir olduğunu 2016- cı ilin 5 günlük Aprel döyşlərində və 2020- ci ilin iyulun 12- də  baş vermiş Tovuz döyşələrində və nəhayyətki, 2020- ci ilin sentyabrn 27- də haqq mübarizəmizdə, haqq savaşımızda ordumuz gücünü, qüdrətini, yenilməzliyini hansı gücə qadir olduğunu bütün dünyaya sübut etdi. Bütün bunların əsasında isə qeyd olunmuşdur ki, cənab Prezident İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğısı, ordumuzun peşakarlığının nəticəsi idi ki, qısa vaxtda  Azərbaycanın tarixi torpaqları düşmən tapdağından azad edildi.

Allah cəmi şəhidlərimzə rəhmət eləsin.

 

 

48.1 KB

 

60.1 KB

 

37.9 KB

 

42.6 KB

 

40.4 KB

 

40 KB

 

46.4 KB

 

42.8 KB

 

56.9 KB

 

45.2 KB

 

52.1 KB