Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya yox!” adlı tədbir keçirilib

28.06.2022

28 iyun 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzinin, Ağdam rayon Xındırıstan kənd Mədəniyyət evinin, Xındırıstan kənd klubunun və Novruzlu kənd klubunun birgə təşkilatçılıqları ilə “Narkomaniyaya yox!” adlı tədbir keçirildi. Əvvəlcə, ökəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Xındırıstan kənd Mədəniyyət evinin müdiri Hamlet Abbasov, Mədəniyyət evinin təşkilatçısı Sona Hüseynova, Xındırıstan kənd klubunun müdiri Səmurə İmanova və Novruzlu kənd klubunun müdiri Zahidə Rüstəmova çıxış edərək bildirdilər ki, 21-ci əsrin ən böyük bəlalarından biri də narkomaniyadır. El arasında “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı isə ildən-ilə artmaqdadır.   Bunun qarşısını almaq üçün, bir çox dövlətlərdə narkotik maddələrin yayılmasının qarşısının alınması məqsədilə müxtəlif qanunlar qəbul edilib. Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapmaqla, sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.

 

 

 

 

 

54.9 KB

 

60.5 KB

 

44.3 KB

 

38.5 KB

 

46 KB

 

45.6 KB

 

52.6 KB