29.06.2022
İyunun 29-da Beynəlxalq Muğam Mərkəzində festivalın yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirildi.Festivalın Qran-pri mükafatını Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Güllücə kənd Uşaq Musiqi məktəbinin şagirdi Tuncay Oruczadə qazandı. Bununla yanaşı Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayonu Xan Şuşinski adına Muğam Uşaq Musiqi məktəbinin şagirdi Mətin Cəfərov II, Ağcabədi rayon Kəhrizli kənd Uşaq Musiqi məktəbinin şagirdi Ləman Məmmədova III dərəcəli mükafata layiq görüldülər.Qaliblərə diplom və fəxri fərmanlar təqdim edildi. Şagirdləri festivala hazırlayan müəllimlərə və konsertmeysterlərə isə fəxri fərmanlar verildi.Ətraflı: “Şuşa İli”nə həsr olunan muğam festivalına yekun vuruldu.